Gururum olmasa bir söz deyərəm. Geri dön sevgimiz əllərdə qalıb. Məni nazım yıxan səni də qürur. Bizi öz səhvimiz bu hala salıb. Səndən hər dəfə cavab gözləmişəm. Eşqimin silməmisən yaşlı gözün. Hər şeyin məndə görürsən günahı. Niyə bir kəlmə deyə bilmədin özün? Çox gec, çox gec, çox gec başa düşdük. Axşamlar havalar qaralan kimi, dərdlər çoxalan kimi birdən darıxırsan. Axşamlar dərd evini yıxan kimi, tək şəhərə çıxan kimi birdən darıxırsan. Axşamlar mən yadına düşən kimi, halın dəyişən kimi birdən darıxırsan. Axşamlar hamıdan yorulan kimi, ürəyin tutulan kimi birdən darıxırsan. Desəm səni gözləmirəm inanma. Hisslərimi gizləmirəm inanma. Hər gecə sənsizləmirəm inanma. Mən də desəm sevməmişəm inanma. Səndən ötrü ölməmişəm inanma. Hər yuxumda görməmişəm inanma. Axşamlar havalar qaralan kimi, dərdlər çoxalan kimi birdən darıxırsan. Axşamlar dərd evini yıxan kimi, tək şəhərə çıxan kimi birdən darıxırsan. Axşamlar mən yadına düşən kimi, halın dəyişən kimi birdən darıxırsan. Axşamlar hamıdan yorulan kimi, ürəyin tutulan kimi birdən darıxırsan.